SEALDREAM
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

SEALDREAM

SANATIN SONSUZLUĞA SELAMI-DÜŞLERİNE DOKUN-AMA BÜYÜSÜ BOZULMASIN
 
AnasayfaİNTROGaleriLatest imagesAramaKayıt OlGiriş yap

 

 ERGENEKON VE ALMANYA REICHSTAG PROVAKASYONU

Aşağa gitmek 
YazarMesaj
ÖZGEYLANİ
Süper Modoratör
Süper Modoratör
ÖZGEYLANİ


Mesaj Sayısı : 603
Kayıt tarihi : 24/07/09
Yaş : 66
Nerden : MERSİN-TOROSLAR İLÇESİ

ERGENEKON VE ALMANYA REICHSTAG PROVAKASYONU Empty
MesajKonu: ERGENEKON VE ALMANYA REICHSTAG PROVAKASYONU   ERGENEKON VE ALMANYA REICHSTAG PROVAKASYONU EmptyCuma Tem. 24, 2009 7:00 pm

2009/7/24 Niyaz Yagublu <niyaz_yagublu@yahoo.com>

Sevgili kandaşlarım,

Ergenekon senaryosuyla başlatılmış oyunun Türkiye üzerinde bir totaliterizm kabusu yaratmayı hedeflediyine dair 2008 yılı Temmuz ayında Azerbaycan yayınında yayımladığım makalemi Azerbaycan Türkçesinde dikkatinize sunuyorum:

Türkiyədə “Ergenekon” Oyunu və Totalitarizm Kabusu

2008-ci ilin yanvarından start verilən «Ergenekon» ssenarisinin iyulun 1-dən başlayan davamı bir çox mətləblərin üzə çıxan görüntüsüdür. AKP iqtidarının «mötədil islam» (Türkiyədə «ılımlı islam» kimi tanınır) modelinə uyğun biçimdə Türk dövlətinin rejiminin dəyişdirilməsi üçün onun bütün strukturlarına sızma siyasəti hələlik planlarına uğun davam edir.

Bu plan çərçivəsində də AKP-nin qapadılmasına dair Türkiyə Baş prokurorunun iddiasına qarşılıq olaraq məhz məhkəmə orqanlarının əli ilə həmin iddia üzrə prosesin sona yaxınlaşdığı, baş prokuror Yalçankayanın bununla bağlı çıxış etdiyi bir dönəmdə bu həbslərə əl atılması hardasa gözlənilən idi. Çünki hüquq dövlətinin əsas elementi kimi məhkəmə hakimiyyətinin sahib olduğu üsul və vasitələrindən AKP-nin rəqibləri əleyhinə sui-istifadəsi həm də dünyəvi dövlət tərəfdarları ilə mötədil islam modelinin icraçıları arasındakı psixoloji davada güc göstərisi mahiyyəti daşımaqdadır.
Hadisələrin gedişində Türkiyənin əyninə biçilməyə çalışılan bu libasın dərziləri əllərində olan mətbuat orqanları vasitəsilə ictimai fikirdə həbsə alınanlar barədə, özəlliklə ordunun istefada olan mənsubları ətrafında dedi-qodu yaymaqla çaşqınlıq və mübhəmlik mühitinin formalaşdırılması rolunu oynayırlar. Bu məqsədlə iyun ayının 24-də baş nazir Rəcəb Tayyib Ərdoğanın xahişi əsasında onunla Quru qoşunları komandanı, bu ilin avqustunda istefaya gedəcək hazırkı Baş Qərargah rəisi Yaşar Büyükanıtın yerinə seçiləcək İlker Başbuğla keçirilmiş görüşündən də təbliğat məqsədi ilə istifadə edilir. İslamçı kəsimin media orqanları Soros tərəfindən maliyyələşdirildiyi iddia edilən «Taraf» qəzeti ilə bərabər daha çox istefada olan generalların həbsinin guya həmin görüşdə razılaşdırıldığı haqda intensiv şəkildə dezinformasiya yayırlar. Bu iddiaların cavabı olaraq İlker Başbuğ bu gün, yəni iyulan 2-də bu iddiaları qəti şəkildə rədd etmiş və bu barədə heç bir söhbətin getmədiyini qeyd etmişdir. İlker Başbuğ verdiyi açıqlamada həmin məlumatları yayan müəlliflərin «sui-qəsd nəzəriyyələri» (komplo teorilər) yaratmaqla ictimai fikri yanlış yerlərə yönəltdiklərini, bunların Türk Silahlı Qüvvələrini yaralamaq məqsədi güddüyünü bildirmişdir.

Qeyd edilməlidir ki, dünəndən bəri (iyulun 1-dən) atılan addımlar istintaqı aparan prokurorun sanksiyaları əsasında həyata keçirilir və bu hal iqtidarın rəqiblərini zərərsizləşdirmək ssenarisinin AKP-ni qapatmaq ittihamının sona çatması ərəfəsində «ildırım sürətli zərbə» elementi kimi yozula bilər. «Eregenekon» adı verilən bu əməliyyatın əsas cəhəti 8 aydan artıq müddət ərzində həbslərin keçirilməsinə baxmayaraq heç bir ittihamın irəli sürülməməsidir. Məsələ ilə bağlı ittiham edilənlər arasında hətta mahiyyəti məlum olmayan bu işin sirrini açıqlamaqda ittiham olunanlar da vardır (jurnalist-yazıçı Şamil Tayyar kimi, dünənki xəbərlərdə onun barəsində də axtarış elan olunduğu bildirilirdi). Məhz buna görə ölkənin baş prokuroru Əbdürrəhman Yalçınkaya bir qisim medianın «təqiyyə» məntiqi ilə hərəkət edərək xüsusi məqsədli hücumlar həyata keçirdiyini qeyd edir. Ə.Yalçınkayanın sözlərinə görə, həmin media orqanları dünyəviliyi qoruyan Cümhuriyyət qurumlarını hədəfə alır. Bu kontekstdə dünyəviliyə sahib çıxan başda məhkəmə orqanları olmaqla bütün respublika strukturları çevrilişçi kimi göstərilir.

Yaranmış vəziyyət Türkiyədə bir totalitarizm təhlükəsinin işartılarını verir. Bu cür səs-küylü proseslər totalitar rejimlərdə rəqibləri məhv etmək üçün tarixən sınaqdan çıxmış metodlardandır. Faşist Almaniyasında Reyxstaqın yandırılması ətrafındakı proses, Sovet İttifaqında Stalinin 1937-ci ildə apardığı trotskiçilər, zinovyevçilər və digərləri ilə, millətçilərlə mübarizə metodologiyası bu cür siyasi şouların sələfləridir. Bu total qorxu havasını yaymaq istəyi hər şeydən öncə hər kəsin bir “Ergenekon” üzvlüyü adı altında qondarma ittihamla həbs olunmayacağına arxayın olmaması hissləri ilə müşayiət olunur. Generalların həbsi də məhz bu yöndə qorxu havasının eskalasiyasına xidmət edir.

Məlumat üçün qeyd edək ki, həbs olunanlar tərkibi etibarilə əsasən istefada olan hərbçilər, universitet müəllimləri, iş adamları, tədqiqatçılardır. Bu şəxslərin hamısı öz siyasi baxışlarına görə, Ataürkçü, respublika prinsiplərinə və dövlətçiliyə sadiq, Avropa və Amerika qarşısında Türk dövlətinin maraqlarının qorunması mövqeyində olan, hazırkı AKP rejiminə müxalif olan şəxslərdir.

Hadisələrin gedişi AKP-nin iqtidara gəlişi ilə işə düşən, Türkiyəni zəiflətməyə yönələn layihənin çərçivəsində ölkədə qarşıdurma mühitinin daha da gərginləşəcəyi ehtimalını artırır. Bu təhlükənin AKP-nin ölkədə idarəetmə, siyasi, iqtisadi, hətta məhkəmə, polis, həmçinin media sahəsində dayaqlarının möhkəmlənməsindən sonra daha qorxulu miqyas alacağı gözlənilir. Tanrı Türkü Qorusun, belə bir mühit yaranarsa, ölkənin idarəetməsinin nəzarətdən çıxa biləcəyi, nəticədə Türk və İslam dünyasında normal demokratiya və hakimiyyət bölgüsünə əsaslanan bir dövlətin öz güc qaynaqlarından məhrum olması, öz coğrafiyasında sıradan bir dövlətə çevrilməsi kimi məşum bir perspektivi var.

TANRI TÜRKÜ KÜRUSUN!

NİYAZ KARAÖYNELİ



--- On Thu, 7/23/09, osmanakgun <osman_akgun@mynet.com> wrote:


From: osmanakgun <osman_akgun@mynet.com>
Subject: ..::CTO::.. Ergenekon masalı, Reichstag yangını mı
To: "e t" <e-turkiye@googlegroups.com>, "dip dal" <dip-dalgasi@googlegroups.com>, "TÜ İD" <YuksekTurkiyeIdeali@yahoogroups.com>, "ch tk" <cihan-turk-olsun@googlegroups.com>
Date: Thursday, July 23, 2009, 1:16 PM


Adolf hitler Alman meclisinin toplandığı binayı yaktırıyor ve bunu muhalefetin üzerine atarak muhalefeti ortadan kaldırıyor ve Reichstag yangını sayesinde tek parti iktidarını kuruyor. Sonra Avrupanın anasını belliyor.
Şimdi Ergenekon Reichstag yangını mı diye düşünüyor insan. CHP ve MHP dışındaki muhalefetin hemen hemen tamamı içeride. Umarım böyle değildir diyorum.
Sayfa başına dön Aşağa gitmek
 
ERGENEKON VE ALMANYA REICHSTAG PROVAKASYONU
Sayfa başına dön 
1 sayfadaki 1 sayfası
 Similar topics
-
» ERGENEKON DA SIRA PAMUKOĞLU NDA MI?

Bu forumun müsaadesi var:Bu forumdaki mesajlara cevap veremezsiniz
SEALDREAM  :: Forum bilgi :: GÜNDEM GÜNCEL-
Buraya geçin: